09.06.2025, 13:09
AZ EN
08.01.2025, 12:49 449

Haysız "Hayastan" yaranacaq

XƏBƏRLƏR
  • Böyük fərəh duyğularından qaynaqlanaraq öncədən vurğulayaq ki, Müzəffər Ali Baş Komandanımız, Prezidentimiz Cənab İlham Əliyevin dünənki müsahibəsi hayların ictimai-siyasi fəallarının başında dəmir yumruq zərbəsi təsiri bağışlayıb. David Ananyan adlı siyasi fəal yazıb ki, 44 günlük müharibədə qalib gələn dövlətin başçısı (Cənab İlham Əliyev- N.Q.) həm də məğlub ölkənin xalqını zəlil edib və bu zəlil xalqın dövlətçiliyini də məhv etməyə hazırlaşır.

Cənab Prezidentimizin hayların marionet dövlətini faşist dövləti adlandırmasından daha çox qorxan David Ananyan əmindir ki, Ermənistan İrandan, Fransadan, Hindistandan nə qədər hərbi, siyasi dəstək alsa da Azərbaycanın qarşısında duruş gətirə bilməyəcək və "arsax" haysız olduğu kimi Hayastanda haysız qalaraq beynəlxalq siyasi xəritələrdə Qərbi Azərbaycan adlı coğrafi məkana çevriləcəkdir.

Təki belə olsun. Bu fikirlə razılaşmamaq olmaz.

Nəsib Qaramanlı

Oxşar xəbərlər