Sabiq nazir deyib ki, baş nazir öz günahlarını yumaq üçün belə açıqlama verib. O, deyib ki, ATƏT-in münaqişənin həlli üçün yaratdığı Minsk qrupunun səylərinə baxmayaraq Azərbaycan münaqişənin "xalqların özünü təyin" prinsipi ilə deyil ərazi bütövlüyünün bərpası prinsipi ilə həll edilməsini istəyib, hətta "arsaxa" muxtar qurum statusu verilməsini təklif də edib. Amma Paşinyana qədərki dövlət başçıları bununla razılaşmayaraq öz mövqelərinin gücləndirilməsinə çalışıblar. Tərəflərin öz mövqelərindən çəkilməmələri səbəbindən atəşkəsin dəfələrlə pozulduğunu xatırladan sabiq nazir əlavə edib ki, Nikol Paşinyan da həm öncə, həm də 44 günlük müharibədən sonra da "arsax hayastandır və nöqtə", - deyə Azərbaycanın ünvanına alçaldıcı ifadələr işlətdiyini indi unudub.
Baş nazirin son açıqlamasındakı sözlərinin günahlarının yuyulmasına hesablandığını yenidən vurğulayan sabiq nazir sonda həyasızcasına bildirib ki, Avropa İttifaqının yeni qərarı olacaq və həmin qərar Qarabağdan köçən ermənilərin guya geri qayıtmasını təmin edəcək. Bax elə bu məqamda el məsəlində deyildiyi kimi, bişmiş toyuğu da gülmək tutur. O ki, qaldı Paşinyanın öz günahlarını yumağa çalışması barədə deyilən sözlərə xatırlatmaq yerinə düşər ki, Nikolun haylar qarşısında deyil, məhz azərbaycanlılar qarşısında günahlarını var və o, günahlarını yumaq üçün reallığı dərk edib. Azərbaycanın hər bir tələbinə əməli işlə cavab verməlidir. Bu həm də hayların özlərinə faydalı olar. Unudulmamalıdır ki, Fransanın, İranın fiti ilə oynamaq şimal qonşumuzun türk torpağında yaratdığı marionet də olsa erməni dövlətçiliyinin sonu ilə nəticələnər!
Nəsib Qaramanlı