“Globalinfo.az” xəbər verir ki, bu sözləri erməni ekspert Hasmik Babacanyan sonuncu yazısında qeyd edib. O, bildirib ki, belə fotoların yayılması ermənilərdə ruh düşkünlüyü yaradır: “Psixoloji hiylə ilə camaatı qorxudurlar ki, Azərbaycanla inteqrasiya etməsəniz, hamınız eyni dəhşətli vəziyyətə düşəcəksiniz və bu kimin işinə yarayır? Ermənistan hakimiyyətinin “oynamağa yeri qalmayıb”. “Artsax”ı diz çökdürmək üçün bütün hiylələrə əl atacaqlar”.
Qeyd edək ki, ötən gün Qarabağda guya bir erməninin aclıqdan ölməsi ilə bağlı xəbər və foto paylaşılıb. Lakin Xankəndidə tez-tez şənlik keçirib bayram edən ermənilərin özləri belə bu xəbərə inanmayıblar.
Hazırladı: Tahirə AĞAMİRZƏ