23.12.2024, 21:25
AZ EN
23.12.2024, 17:06 77

Nikolu vəzifədə saxlayan Annadır

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Hasmik Babacanyanın bu gün paylaşdığı daha bir yazı da baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Hakopyanla bağlıdır.

O, "Məndən imtina etsəniz, Anna gələcək" başlıqlı yazısında baş nazirin səlahiyyətlərini Nikolun deyil, Annanın yerinə yetirdiyini diqqətə çatdırır. Əlavə edib ki, Nikol Paşinyan partiyasının xüsusilə qadın üzvlərini Annanın razılığı olmadan hansısa vəzifəyə təyin edə, yaxud deputatlığa namizəd göstərə bilməz. H.Babacanyanın yazdığına görə, N.Paşinyan dəfələrlə baş nazir postunu tərk etmək istəyib, amma Annanın təkidi ilə fikrindən daşınıb. Cəmiyyətdə yaranmış "mən getsəm, yerimə Anna gələcək" deyiminin də məhz buradan yarandığını xatırladan müəllif yazıb ki, hakimiyyətin müxalifətə qarşı "yürüşünə" də məhz Annanın göstərişi ilə başlanıb. Annanın rədiqələrinə "Nikolun marağı mənəm" deməsini də sırf siyasi anlamla qarşılayan Hasmik vurğulayıb ki, baş nazirin sözünü tez-tez dəyişməsi, dünən dediyini bu gün inkar etməsi də məhz Annanın "senzurasının" nəticəsidir. Müəllif sonda bildirib ki, Paşinyan kreslodan dişləri ilə də yapışıb ki, Anna irəli cumub oraya oturmasın, əgər o otursa ölkə dağılacaq.

N.Qaramanlı

Oxşar xəbərlər