01.06.2025, 09:43
AZ EN
14.01.2025, 20:45 213

Ermənistan hakimiyyəti son addımları ilə Qərbin əlində alət olduğunu bir daha təsdiqləyir

XƏBƏRLƏR
  • Rəsmi İrəvanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalaması Qərbi Cənubi Qafqaz regionuna gətirmək məqsədi daşıyır.

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Ermənistan hakimiyyəti Qərbin diktəsi ilə Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir:

"Ermənistan son illərə qədər Rusiyanın regionda forpostu funksiyasını yerinə yetirib. İndi isə Paşinyan hakimiyyəti öz davranışı ilə Qərbin əlaltısına çevrilir. Əslində, Paşinyanın bu siyasəti Rusiya tərəfindən xoş qarşılanmır. Lakin rəsmi İrəvan nəzərə almalıdır ki, Rusiyanın Ermənistana böyük təsir imkanları qalmaqdadır".

Onun sözlərinə görə, Rusiyanın Ermənistana qarşı iqtisadi təsir imkanları kifayət qədər güclüdür:

"Belə ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası mövcuddur. Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir və 5 minə yaxın hərbçidən ibarətdir. İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb". (Report)

Oxşar xəbərlər