22.12.2024, 07:02
AZ EN
21.12.2024, 12:51 176

KİV: Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur

XƏBƏRLƏR
  • “Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu iki il ərzində 5-ci dəfə ölkəsinə dəvət etsə də, səfər baş tutmur”.

Bu barədə “Sputnik-Armenia” yazıb.

Materialda xatırlanır ki, bundan əvvəl Fransa liderinin Ermənistana sentyabrın 21-də bu ölkənin “Müstəqillik Günü” tədbirlərində iştirak etmək üçün gələcəyi açıqlansa da, bu dəfə də səfər reallaşmayıb.

N. Paşinyan dekabrın 21-də onu doğum günü münasibətilə təbrik edib və dəvətini təkrarlayıb.

Qeyd edək ki, Ermənistanın hökumət başçısı Fransa prezidentini 2022 və 2023-cü ilin iyulunda, eləcə də 2024-cü ildə dəfələrlə ölkəsində görmək istədiyini bəyan etsə də, E. Makron İrəvana gəlməyib.

Fransa prezidenti sonuncu dəfə Ermənistanda 2018-ci ildə, Frankofoniya sammitində iştirak etmək üçün olub. (APA)

Oxşar xəbərlər