Fransadakı erməni lobbisinin fəallarından olan, Fransanın "legioner şərəfi" döş nişanına layiq görülən "daşnaksütyun" partiyasının büro üzvü Murad Papazyan isə özü də dərk etmədən təkcə Ermənistanın deyil, həm də onun böyük bacısı Fransanın demokratiyadan, ədalətdən çox uzaq olduğunu etiraf edib. O, Rusiya vətəndaşı olan politoloq Andranik Mihranyanın tutduğu mövqeyinə görə Ermənistana girişinə qadağa qoyulmasını da məhz demokratiyanın yoxluğu ilə bağlayıb və "Hraparak" TV-nin müxbiri Hayka Aloyanla söhbətində deyib ki, Fransanın Ermənistanın yanında olması, onu daim dəstəkləməsi Ermənistanın nə sabiq, nə də indiki hakimiyyətinin əməyi deyil. Bu dəstək Fransadakı erməni lobbisinin, daşnakların illərlə gördüyü gərgin işin nəticəsidir. Bu işin indi də davam etdiyini, Azərbaycan və Türkiyə lobbisinə qarşı dirəniş göstərildiyini lovğalıqla vurğulayan daşnak Fransanın daim haylara dəstək verəcəyinə əminliyini də ifadə edib. Bildirib ki, Fransanın dəstəyi olmasa, Azərbaycan Prezidenti İrəvanda da bayraq ucaldar.
"Paşinyan bu gün var, sabah olmayacaq"- deyə onu tənqid edən, Fransanın siyasətini və rəhbərini tərifləyən bu daşnak fəalı bir gün İrəvanda Azərbaycan bayrağının dalğalandığını görəndə, şübhəsiz, yenə çərənləyəcəkdir.
Nəsib