Mətbu qurum yazıb ki, İsveçrənin xarici işlər naziri İnjaçio Kasis Qarabağa həsr olunmuş beynəlxalq toplantı keçirmək barədə təşəbbüsü rədd edib. Həmin təşəbbüs İsveçrə parlamentinin aşağı palatasında ermənipərəst deputatlar tərəfindən irəli sürülmüş və İsveçrə Federal Şurasına təqdim olunmuşdu. Haypərəst deputatların Qarabağdan köçən ermənilərin 2025-ci ildə kütləvi şəkildə geri qayıtmaları üçün azərbaycanlıların da daxil olacağı birgə komissiyanın yaradılması barədə təklifi həm də hökumətin səlahiyyətlərini yerinə yetirən federal şura tərəfindən rədd edilib. Bildirilib ki, belə komissiya yaradılması barədə səslənən fikirlər beynəlxalq diplomatiya qaydalarına ziddir və hansısa dövlətin daxili işlərinə qarışmaq anlamına gəlir.Vurğulanıb ki, bu məsələ ilə bağlı yalnız Azərbaycan və Ermənistan özləri razılığa gələ bilərlər.
Bu cavab isə nə erməniləri, nə də İsveçrədəki ermənisevərləri qane etməyib. Qanmaza deyilən düz söz acı olur, axı!
N.Qaramanlı