Bildirib ki, guya ermənilər Qarabağdan zorla çıxarılıb, Ararat Mirzoyan isə onların "hüquqlarından" danışmayıb. Nazir olduğu dövrdə də, indi də separatçıları dəstəkləyən və reallığı dərk etmək istəməyən, Azərbaycanın ünvanına yenədə əsassız fikirlər ünvanlayan Vartan Voskanyanın hərbi əsir, terrorçu məfhumlarını da bir-birindən ayıra bilməməsi onun özünün həm diletant, həm də separatizmi, terroru dəstəkləyən revanşçı olduğunu təsdiqləyir.
"Hraparak"ın bu günkü yayımında onun sözlərini dəstəkləyən müxbir Karen Martirosyanın da məhz yeni müharibə təbliğatçısı olduğu aydın görünür. Belə təbliğata isə dəmir yumruqla son qoyulacağı istisna deyil.
N.Qaramanlı