20.09.2024, 04:41
AZ EN
07.03.2024, 12:23 167

Ermənistan məhvə məhkumdur

XƏBƏRLƏR
  • Erməni politoloq Artaq Zakaryan bu fikirdədir. O, bu gün "Hraparak"da yayılmış "Bu işdə Nikolun hakimiyyəti nə qələt (ermənilər bu  Azərbaycan sözünü də özününküləşdirib- red) edir?" başlıqlı məqaləsində göstərib ki, Azərbaycan Prezidenti fevralın 16-da yenidən dövlət başçısı seçilməsi ilə bağlı andiçmə mərasimi zamanı Bakı üçün mühüm beynəlxalq təşkilatın Türk Dövlətləri Təşkilatının olduğunu bildirib və  Türk dünyasının öz ailəsi olduğunu vurğulayıb. O, ilk rəsmi səfərini Türkiyəyə edib və bu ailənin sarsılmaz olduğu hamıya bəllidir.

O daha sonra yazıb ki, Güney Qafqaz İran, Rusiya,Türkiyə və Qərb arasında platformaya çevrilib. Türk Dövlətləri Təşkilatı isə şübhəsiz, Azərbaycanın və Türkiyənin yanında yer alıb. Ümumi tarixi, mədəniyyəti, dini, ənənəsi olan bu dövlətlər Türkiyənin başçılığı ilə bölgədə öz yerlərini tutacaq.

Nikol hakimiyyətinin öz mövqeyini tez-tez dəyişməsi, gah Qərbə, gah İrana üz tutmasını və Rusiya ilə bağlı təzadlı mövqe sərgiləməsini düzgün hesab etməyən politoloq Pakistanın da türklərlə bir sırada dayandığını diqqətə çatdırır və belə qənaətə gəlir ki, Paşinyan iqtidarının apardığı siyasət Ermənistanı siyasi məhvə, haysızlaşmaya doğru aparır.

Kaş belə ola.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR