07.06.2025, 23:39
AZ EN
26.11.2024, 17:19 259

Yunanıstan Ermənistana “S-300” raketləri verəcək

XƏBƏRLƏR
  • Yunanıstan arsenalında olan Rusiya istehsalı hava hücumundan müdafiə vasitələrini Ermənistana göndərəcək.

"Vətən səsi" xəbər verir ki, bu barədə “enikos.gr” portalı məlumat yayıb. Bildirilir ki, Yunanıstan Silahlı Qüvvələri öz arsenalından Rusiya istehsalı sistemləri çıxarmaq və köhnə sistemləri yeni Qərb texnologiyası ilə tam əvəzləmək niyyətindədir. Bu səbəbdən Yunanıstanın Milli Müdafiə üzrə Baş Qərargahı Rusiya istehsalı “S-300”, “Тор-М1” və “Оsa” sistemlərini Ermənistana göndərəcək. Bunun əvəzində isə Yunanıstan təqribən 2 milyard dollar dəyərində İsraildən yeni sistemlər alacaq.

Xatırladaq ki, 44 günlük müharibədən sonra Ermənistanı kütləvi şəkildə silahlandıran ölkələr arasında Fransa, İran və Hindistanla yanaşı Yunanıstan da böyük paya malikdir. Afina bu silahları İrəvana təkcə dost ölkələr olduğu üçün deyil, həm də Türkiyəni özünə düşməs saydığına görə verir. 

Elxan SALAHOV

Oxşar xəbərlər