08.09.2024, 07:04
AZ EN
25.07.2024, 16:29 142

Qərb Ermənistanı qınayıb

XƏBƏRLƏR
  • "Hraparak" yazıb ki, İran İslam Respublikasının İRNA agentliyinin İranla Ermənistan arasında 500 milyon dollarlıq hərbi texnika, silah-sursat satışı haqda məxfi sənədin mövcudluğunun Qərbin narazılığına səbəb olması barədə xəbər yayması gündəmə daxil olub.

Vurğulanıb ki, Ermənistan həm Hindistandan və Fransadan, həm də digər ölkələrdən hərbi ləvazimat alsa da Qərbdə yalnız İrandan narazılıq ifadə olunur. Azərbaycanın da başqa ölkələrdən silahlar aldığını qərəzçiliklə bildirən agentlik həyasızcasına əlavə edib ki, guya Ermənistan daim hücuma məruz qala bilər. Ona görə də Qərb Ermənistanın haradan silah almasına qarşı çıxmamalıdır, əksinə ona dəstək verməlidir.

Qəribə məntiqdir. Bəlkə, Qərbin haylara borcu var?

N.Qaramanlı

Oxşar xəbərlər