22.11.2024, 04:08
AZ EN
11.07.2024, 19:15 222

USAID rəhbəri tənqid edilib: Ermənistan iqtisadiyyatının inkişafı anti-Rusiya sanksiyalarının pozulması ilə bağlıdır

XƏBƏRLƏR
  • Ukraynaəsilli britaniyalı-kanadalı siyasi elmlər doktoru Taras Kuzio USAİD-in rəhbəri Samanta Paueri Ermənistanın iqtisadi inkişafı səbəblərini bilmədiyinə görə tənqid edib.

USAİD-in rəhbəri Samanta Pauer “X” sosial şəbəkəsindəki hesabında Ermənistanı iqtisadi artımı münasibətilə təbrik edərək, 2018-ci ilin Məxməri İnqilabından sonra artımın 30% olduğunu qeyd edib.

T.Kuzio isə öz növbəsində “X” sosial şəbəkəsindəki hesabında USAİD-in rəhbərinə cavab verib və ona analitiklər qrupunu dəyişməyi məsləhət görüb.

T.Kuzio qeyd edib ki, Ermənistan iqtisadiyyatının inkişafı bu müddət ərzində ölkənin Qərb mallarının Rusiyaya təkrar ixracında liderə çevrilməsi ilə bağlıdır: “Buna görə sual yaranır ki, ABŞ rəsmisi niyə Ermənistanı Qərb sanksiyalarının pozulması münasibətilə təbrik edir?” (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR