Bunu Mariya Zaxarova həftəlik brifinqdə deyib.
“Armen Qriqoryanın mövqeyini müəyyənləşdirməsini istərdim: ya Ermənistan tərəfi ilə normal dialoq olmalı, ya da belə bəyanatlar verilməlidir. Biz birincini seçirik”, - o vurğulayıb.
M.Zaxarova qeyd edib ki, A.Qriqoryanın bu yaxınlarda şərh etdiyi kommunikasiyaların açılması mövzusu Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinləri tərəfindən işlənilir: “Buna görə də kənardan belə şərhlərə cavab verməyi düzgün hesab etmirəm. Bu, müvafiq nümayəndələrin səlahiyyətidir”.("Report")