08.09.2024, 07:02
AZ EN
11.07.2024, 15:34 246

Təxris olunanları aparan maşın qəzaya uğrayıb

XƏBƏRLƏR
  • "Hraparak" xəbər yayıb ki, iyulun 11-də saat 11 radələrində hərbi xidmətini başa vurmuş şəxsləri aparan "Midsubişi Qrandis" markalı sərnişin daşıyan maşın İrəvan-Meğri yolunun 175-ci kilometrliyində - Qorayk yaşayış məntəqəsinin yaxınlığında qəzaya uğrayıb.

Sürücü və 1 nəfər həlak olub. 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İstintaq komitəsinin mətbuat katibi Qor Abrahamyan olayla bağlı bildirib ki, sərnişinlərdən 2-nin durumu çox ağır, 2-si orta ağır, 1-i isə normaldır.

Hazırda müstəntiqlər hadisə yerindədirlər və müvafiq araşdırmalar aparılır.

N.Qaramanlı

Oxşar xəbərlər