Məsud Pezeşkianın andiçmə mərasimi iyulun 30-da keçiriləcək
XƏBƏRLƏR
İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi iyul ayının 30-da keçiriləcək.
Bunu İran mediasına açıqlamasında İran İslam Şurasının (Parlament) üzvü Müctəba Yusifi bildirib.
Qeyd edək ki, Prezidentin andiçmə mərasimindən sonra Pezeşkian yeni kabinet üzvlərini təsdiq olunması üçün parlamentə təqdim edəcək. (APA)