Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, proseslərin gedişatı onu göstərirdi ki, Fransa daxilində Makrona olan etimad getdikcə azalır.
“Bunun bir çox obyektiv səbəbləri var. Bu gün Fransa xalqı, fransızlar Makrona son sözlərini dedilər. Bilirik ki, uzun müddətdir ki, Fransa daxilində Makronun həyata keçirdiyi siyasət xalq tərəfindən qəbul olunmurdu. Prezident seçkilərində Fransa xalqı düşündü ki, Makron Fransa xalqı üçün daha çox iş görə bilər, amma təəssüf Makron bu etimadı doğrultmadı”, - deyə C.Məmmədov qeyd edib. (Trend)