"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hazırda paytaxt İrəvanda bütün küçə və prospektlər nəqliyyatın hərəkəti üçün açıqdır. Həmçinin itatətsizlik göstərən aksiya iştirakçıları tutularaq zərərsizləşdirilir.
"Sputnik Armenia" yazır ki, səhər saatlarında İrəvanın mərkəzində vətəndaş itaətsizliyi aksiyası başlayıb. “Vətən uğrunda Tavuş” hərəkatının fəalları və tərəfdarları Abovyan küçəsini zibil qutuları və skamyalarla bağlayıblar. İştirakçılar əsas magistraldan - Myasnikyan prospektindən, həmçinin Abovyan və Teryanın mərkəzi küçələrində hərəkəti məhdudlaşdırmağa cəhd göstərib. Bununla belə, sa da, hökumət qüvvələri mitinqi dağıtmağa çalışır.
Ermənistanın hakim partiyasının deputatı Arusyak Culhakyan vətəndaş itaətsizliyi aksiyasının təşkilatçısı, keşiş Baqrat Qalstanyanı ələ salıb. O, Tanrı tərəfindən müxalifətə liderlik üçün göndərildiyini iddia edən keşişi yalan və boş-boş danışmaqda ittiham edib.
Culhakyan Baqratın Tanrının adını dilə gətirməyə layiq olmadığını söyləyib: "Müxalifətin ruhani lideri bəyan edir ki, onu müxalifətə rəhbərlik etmək üçün Tanrı göndərib. Tanrının adını boş yerə çəkməyin, çünki Tanrı onun adını boş yerə çəkənləri saleh saymaz”.
Elxan SALAHOV