Həlak olmuş hərbi qulluqçuların valideynləri Nikol Paşinyanı "türk", "ermənilərin qatili", "satqın" adlandıraraq qarşılayıblar. Onlar həmçinin, qışqıraraq müxtəlif təhqiramiz sözlər deyiblər.
Ordu Gününə həsr olunmuş tədbirin 44 günlük müharibədən sonra "Yerablur"da Nikol Paşinyanın iştirak etdiyi bütün tədbirlər kimi KİV üçün qapalı olduğu qeyd edilir.
Ərazi çoxlu sayla polis və xüsusi təyinatlılar tərəfindən mühafizə olunur. Hətta panteonun aşağı hissəsində avtobuslarda çoxlu sayda polis dayanıb. ("Trend")