"Hraparak" "Modem Diplomacy" a istinadən xəbər verir ki, Avropanın ticarət analitikləri 2022-ci ilin fevralından etibarən Avropadan Ermənistana əvvəlki illərlə müqayisədə qat-qat çox müxtəlif mallar göndərilir. Əlavə olunub ki, yüz milyonlarla dollar dəyəri olan həmin mallar, xüsusilə də aparatlar sonra Rusiyada peyda olur və Putinin hərbi maşınlarında istifadə edilir. Mənbə Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yararlanan Ermənistanla ticari məsələlərə yenidən baxılmasını da xüsusi qeyd edib.
Göründüyü kimi, haylara etibar yoxdur və onlar nə vaxtsa ikibaşlı oyunlarının qurbanı olacaqlar.
N.Qaramanlı