20.10.2024, 11:58
AZ EN
26.04.2024, 11:38 277

Putin Paşinyandan üz döndərib?

XƏBƏRLƏR
  • Ermənistan mətbuatı yazıb ki, Rusiyanın prezidenti Vladimir Putin hər il aprelin 24-də Ermənistanın dövlət başçısına "başsağlığı" verirdi. 2015-ci ildə Putin İrəvandakı Cicernaqabert "abidəsi" önünə əklil qoymuş və "erməni soyqırımını" tanıdığını bildirmişdi. Bu il isə o, nə baş nazir Nikol Paşinyana, nə də erməni xalqına müraciət etmədi.

"Hraparak" bu xəbərə əlavə edib ki, may ayında Avroasiya iqtisadi əməkdaşlıq təşkilatının zirvə toplantısı keçiriləcək və dövlət başçıları perspektivləri müzakirə edəcəklər. Baş nazir Nikol Paşinyanın həmin görüşdə iştirak edib etməyəcəyi barədə isə müxtəlif versiyalar bildirilir. Bu da vurğulanır ki, Putin Qərbə görə Paşinyandan üz döndərib və onun Moskvada keçiriləcək zirvə toplantısında iştirakında o qədər də maraqlı deyil.

Nəsib Qaramanlı

Oxşar xəbərlər