22.11.2024, 15:15
AZ EN
07.04.2023, 11:29 259

Nikol yalanını etiraf edib

XƏBƏRLƏR
  • "Hraparak"ın əməkdaşı Lusine Şahverdiyanın bu gün paylaşılmış "Yerlərdə hər şey yaxşıdır, siz İrəvanda qəhvə içib yatın" başlıqlı məqaləsində göstərir ki, hökumətin dünənki iclasında baş nazir Nikol Paşinyan həqiqəti etiraf edib. O, martın 30-dakı hökumət iclasında bildirmişdi ki, Azərbaycan Teğ (Dığ) kəndində mövqe tutmayıb, ora hayların nəzarətindədir və sakinlər gündəlik işləri ilə məşğuldur. Dünən isə o, etiraf edib ki, həmin mövqe Azərbaycanın nəzarətindədir və belə də qalacaq.

Müəllif əlavə edir ki, baş nazir tərəfindən 7 km məsafədə dəqiqləşdirmə aparılması və qalan 5 km ərazidə isə işlərin getdiyi barədə dediyi fikirlərin də doğru olub-olmadığı hələ də şübhə altındadır.

Jurnalist daha sonra yazır ki, dünənki iclasda isə baş nazir Azərbaycan hərbçilərinin Ermənistanın "suveren" ərazisində mövqe tutduğunu bildirməklə özü özünü təkzib edib.

Ölkədə siyasi səriştəsizlik nəticəsində böhranın getdikcə dərinləşdiyi müxtəlif faktlarla sadalayan müxbir ironiya ilə bildirir ki, "torpaqlarımızda türklər addım-addım irəliləlikcə siz İrəvanda rahat qəhvə için və yatın". Qəribə məsləhətdir: qəhvə içəndə adətən yuxu qaçır. Görünür, haylar da qan qohumları farslar kimi tərsinə yaşayan məxluqdur.

N.Qaramanlı

Oxşar xəbərlər