16.04.2025, 13:34
AZ EN
30.08.2024, 16:31 300

Paşinyan Bakıya gələcəkmi?

XƏBƏRLƏR
  • "Hraparak" Ermənistan hökumətinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Armen Xaçatryanın sözlərinə istinadən xəbər verib ki, baş nazir Nikol Paşinyanın avqustun 31-də saat 12-də Karen Demirçiyan adına idman-konsert kompleksində mətbuat konfransı  olacaqdır.

Xatırladılıb ki, baş nazir məzuniyyətdən qayıtdıqdan sonra mətbuat konfransı keçirərək COP29-da iştirak edib-etməyəcəyi barədə açıqlama verəcəyinin bildirmişdi. O, avqustun 12-dən işdədir və sabahkı mətbuat konfransında Bakıya gedib-getməyəcəyi ilə bağlı   suala yekun cavab verməsi gözlənilir.

N.Qaramanlı

Oxşar xəbərlər