22.11.2024, 22:47
AZ EN
06.09.2023, 11:29 294

Ermənistan parlamentinin sədri: “Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”

XƏBƏRLƏR
  • Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. 

“Vətən səsi” xəbər verir ki, bu barədə o, sentyabrın 5-də İrəvanın Şenqavit bölgəsində hakim Vətəndaş Sazişi partiyasının təşviqat kampaniyası zamanı jurnalistlərə açıqlamasında Qarabağın dağlıq hissəsini Azərbaycanın bir hissəsi kimi tanıyıb-tanımadığına sualını cavablandırarkən deyib. Erməni spiker bildirib ki, 2021-ci ildə seçicilərə Azərbaycan ərazilərinin işğaldan azad ediləcəyini və “artsax”ın “öz müqəddəratını təyinetmə hüququ” məsələsini qaldıracağını vəd etsə də indi vəziyyət xeyli dəyişib. O, hakim partiyanın Qarabağ məsələsində mövqeyini niyə dəyişdiyini soruşan jurnalistlərə belə cavab verib: “Çünki indi danışıqlar gedir. Baş nazir tez-tez deyir ki, Bakı da gərginliyin azaldılmasına gətirib çıxaracaq bəyanatlar verməlidir. Bu halda və sülh müqaviləsinin imzalanmasına yaxınlaşa bilərik. Ermənistan da öz növbəsində oxşar bəyanatlarla çıxış edir. Eyni zamanda dövlətimiz silahlanaraq, sərhədlərini sona qədər qorumaq niyyətindədir. Baş nazir 29,800 kv. km.-lik ərazimizdən danışdıqda bunu yalnız xarici dünya və xalqımız üçün deyil, həm də özü üçün deyir, qırmızı xəttini çəkir...”

“Qarabağdakı vəziyyət yeni hökumətin Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı ilə necə əlaqə quracağından asılıdır. Əgər bu hökumət yeni komandanla ümumi xətt tapıb təhlükəsizliyi təmin edə bilsə, o zaman bu, müsbət olacaq. Lakin  bu halda da Ermənistan hakimiyyəti ilə Dağlıq Qarabağ arasında koordinasiyalı əlaqələr daha da azalacaq”.

Elxan SALAHOV

Oxşar xəbərlər