08.09.2024, 07:50
AZ EN
11.04.2024, 13:25 172

Putinin andiçmə mərasimində Paşinyanın iştirak edib-etməyəcəyi bəlli deyil

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak edib-etməməsi ilə bağlı qərar hələ verilməyib.

TASS xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan bildirib.

“Əgər andiçmə mərasimində iştirakla bağlı qərar qəbul olunarsa, o zaman bu barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda əlavə ediləcək başqa heç nə yoxdur”, - o deyib.

Qeyd edək ki, martın 15-17-də keçirilmiş seçkilərdə Putin rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkilərin nəticələri Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. Qanuna əsasən, dövlət başçısının andiçmə mərasimi mayın 7-də keçirilməlidir. (Report)

Oxşar xəbərlər