Azərbaycanın şanlı qələbəsindən hələ də özlərinə gələ bilməyən haylar acı məğlubiyyətlərini təsəlli yeri tapıblar. Belə ki, "Hraparak"ın yazdığına görə, beynəlxalq idman günündə Ermənistanda müxtəlif yarışlar keçirilməsini dəstəkləyən milyonçu biznesmen Qaqiq Caturyan yarışın güləşçi qaliblərini pulla mükafatlandırıb. O, 1-ci yeri tutana 6000, ikinci yerdə qərarlaşan 5000, üçüncü yerə çıxan 2 nəfərin hərəsinə 3000, ümumilikdə 17 min dollar pul verib. İdmançıların uğurlarını xalqın uğurları ilə eyniləşdirən siyasətçi biznesmen çıxışında deyib ki, digər sahələrdə, xüsusilə müharibədəki məğlubiyyətlərin əvəzi məhz idman yarışlarındakı qələbələrlə kompensasiya edilir. Özündən razı bu hay barədə Qərbi azərbaycanlıların daha çox işlətdikləri bir el məsəli yada düşür: dəlinin başında palıd ağacı ha olmur!
N.Qaramanlı