30.04.2025, 13:39
AZ EN
25.07.2024, 12:32 290

Qərbpərəst haylar fəallaşıblar

XƏBƏRLƏR
  • Hər reallığa öz prizmalardan baxdıqlarına görə gülüş obyektinə çevrilən hayların siyasətçi, siyasi ekspert adlanan bir qrupu yeni "ideya" tapıblar. Hakimiyyət tərəfdarları Qərblə yaxınlaşmağın daha dayanıqlı olduğunu bildirsələr də bunun əleyhdarları da az deyil və onları Rusiya bağlayan bir sıra səbəblərin olduğu da bildirilir. Ən gülməlisi də odur ki, artıq çoxdandır tarixin zibilliyinə atılmış "arsax"la bağlı da müxtəlif sayıqlamalar başlayıb.

"Hraparak"ın müxbiri Hayk Gevorkyan həm iqtidar, həm də müxalifətçi politoloqlarla bu məsələ barədə söhbətində belə qənaətə gəlib ki, onların heç biri reallığı düzgün dərk edə bilmir. 50 min haya imza atdıraraq parlamentdə "arsaxın" tanınmasını gündəliyə saldırmaq istəyənlər və buna rəsmi rədd cavabı alanlar indi də müxtəlif uydurmalarla çıxış edirlər. Bildirirlər ki, guya Qərblə inteqrasiya olarsa erməni xalqı heç bir çətinlik çəkmədən yaşaya bilər. Rusiya XİN-nin sözcüsü Mariya Zaxarovanın Azərbaycanla Ermənistan arasında danışıqlara Rusiyanın vasitəçilik etmək istəməsini isə əsl hay hay-küyü ilə qarşılanıb və  növbəti uydurmalar başlanıb.

Ümumiyyətlə isə, reallıqlarla nağılı ayırd etmək istəmədiklərinə görə haylar yeni itkilərlə üzləşməyə məhkumdurlar.

N.Qaramanlı

Oxşar xəbərlər