21.11.2024, 18:35
AZ EN
06.02.2023, 16:13 340

Əsgərləri komandir müavini yandırıb

XƏBƏRLƏR

Yanvarın 19-da Göyçənin sovet dövründə tarixi Ağkilsə adı dəyişdirilərək Azad edilən kəndində yerləşən hərbi hissədə baş vermiş yanğın nəticəsində yanıb külə dönən 15 əsgərin doğmalarının keçirdikləri aksiyalar öz bəhrəsini verməkdədir. Belə ki, əsgərlərin qohumları müvafiq orqanlara müraciət edərək bildirmişdilər ki, hadisədən bir-iki gün əvvəl həmin əsgərlərin çoxu valideynləri, yaxud başqa şəxslərlə telefon danışığı zamanı şəraitlərinin dözülməz olması ilə yanaşı zabitlər tərəfindən zorakılığa məruz qalmalarını da bildirmişlər. Youtube-da yayılmış bir videoçarxda isə əsgər atası olaydan iki gün öncə oğlunun ona zəng edərək zabitlərlə əsgərlərin arasında dava-dalaş olduğunu bildirdiyini və onun yerini dəyişməsini xahiş etdiyini açıqlayıb. Bu və digər faktlardan sonra aydın olub ki, həmin əsgərlər əvvəlcə zəhər verilərək öldürülüb, sonra izin itirilməsi üçün yatdıqları yerə avtobenzin çilənərək yandırılıb. "Joğovurt" onu da bildirir ki, 44 günlük müharibədən sonra Kəlbəcərdəki hərbi hissələr Göyçənin müxtəlif kəndlərində yerləşdirilib və onlar lazımi səviyyədə təmin olunmayıblar. "Hətta hamam olmadığına görə əsgərlər "tazik" də su qızdırıb çimməyə məcbur olurlar", - deyə müəllif belə vəziyyətdə döyüş qabiliyyətinin də lazımi səviyyədə olmadığını, valideynlərin isə övladlarını ölkənin içərilərində xidmət etmələri üçün əvvəlki illərlə müqayisədə daha çox pul verdiklərini vurğulayıb.

Nəsib

Oxşar xəbərlər