27.07.2024, 13:14
AZ EN
02.04.2024, 15:23 155

İqtidar qalibləri mükafatlandırmır

XƏBƏRLƏR

Ermənistanın "Lurer.com" informasiya agentliyi xəbər verir ki, təhsil, elm, mədəniyyət və idman nazirliyinin dəstəyi ilə tələbələrin 25-ci idman oyunlarının yaz mərhələsi başlayıb. Bu yarışda 14 universitetin 300-dən çox tələbəsi iştirak edir. Tələbə idmanı assosiasiyasının rəhbəri Hovhannes Qabrielyan deyib ki, cari ilin sonunadək 20 universitetin 1000-dən çox tələbəsi yarışlarda iştirak edəcəklər. Artıq Tiqran Petrosyan adına şahmat evində 12 universitetin 80 tələbəsi arasında fərdi yarış keçirilib və bədən tərbiyəsi universitetinin tələbəsi birinci yerə çıxıb.

Yarışlara dekabrda yekun vurulacağını bildirən agentlik onu da diqqətə çatdırıb ki, hakimiyyət bu il yarışlara yetərincə diqqət yetirmir və qaliblər mükafatlarla ruhlandırılmır.

Nəsib Qaramanlı

Oxşar xəbərlər