20.09.2024, 10:28
AZ EN
13.03.2024, 12:49 231

Ermənilər müharibə istəyir

XƏBƏRLƏR
  • Ermənistanın baş naziri Nikol Paşinyanın dünənki mətbuat konfransında xəritə göstərərək anklav olmayan 4 Azərbaycan kəndinin Ermənistan xəritəsində olmadığını deyib və həmin kəndlərin öz sahibinə qaytarılmasını bildirib. Bu Ermənistan cəmiyyətində ajiotaj yaradıb və mətbuatda gündəmə çevrilib.

N.Paşinyanın "Bu kəndlər Ermənistan ərazisində heç vaxt olmayıb" sözləri ilə razılaşmayan haylar tarixi yenidən təhrif etməyə girişiblər. Henrix Koçinyan adlı erməni "Hraparak"da belə bir cəfəng fikir paylaşıb ki, guya XIX əsrə qədər sözügedən kəndlərdə haylar yaşayıblar. Halbuki, rus işğalına qədər Qazax və onun tərkibində olan ərazilərdə, o cümlədən Karvansarada (İndiki İcevan- red.) heç bir erməni yaşamayıb. Çar Rusiyası onları yalnız XIX əsrin 30-40-cı illərində sözügedən bölgəyə İrandan köçürüb. Baş nazirlərini satqın, torpaq verən adlandıran bu və digər xəstə düşüncəli ermənilər təklif edirlər ki, anklav olmayan həmin kəndləri qaytarmaq əvəzinə döyüşə hazırlaşmaq sərfəlidir. Əgər müharibə olarsa, guya qalib  gələcəklərini deyən Koçinyanın yalnız bundan sonra sülh danışıqlarına başlanılmasını təklif etməsi də gülünc görünür.

Görünən dağa isə bələdçi gərək deyil.

N.Qaramanlı

Oxşar xəbərlər