04.02.2025, 21:55
AZ EN
06.03.2024, 12:06 305

Ağılsız Ermənistan yaranıb

XƏBƏRLƏR
  • "Alternativ seçki layihəsi"nin funksioneri Vahe Hovhannisyan bu gün "Hraparak"da yayılmış məqaləsində belə qənaətə gəldiyini vurğulayıb.

Yazıb ki, 44 günlük müharibədən sonra müxalifət davamlı aksiyalar keçirərək "Türksüz Ermənistan" yaratmaq üçün baş nazir Nikol Paşinyanın və komandasının istefasını tələb etdi, amma heç nəyə nail olmadı. Bir qədər sonra isə hakimiyyət "russuz Ermənistan" yaratmaq eşqinə düşdü KTMT və Rusiya barədə müxtəlif açıqlamalar verildi. Qərb, xüsusilə  Fransa bundan daha da ruhlanaraq daim dəstəkçi olacağını bildirdi. Hazırda isə "ağılsız Ermənistan" tezisi ilə işlər aparılır. Ermənilərin nə faciədən, nə də hansısa dəyişiklikdən nəticə çıxartmadığını, əksinə faciədən faciəyə doğru uzanan yolu qəbul etdiyini xatırladan politoloq əlavə edib ki, indi "heç bir dəhliz, heç bir yol, heç bir türk, heç bir rus" kimi mənasız ideyalar irəli sürülür ki, bu da Ermənistanın ağılsız Ermənistan olmasını isbatlayır. Birlik, müstəqillik qışqıraraq  "arsaxı itirdik, haysız qoyduq" - deyə o, belə davam edərsə Ermənistanın da haysız məkan olacağını görəcəklərini xüsusi vurğulayıb.

Kaş o, deyən olsun!

N.Qaramanlı

Oxşar xəbərlər