21.11.2024, 19:29
AZ EN
27.02.2024, 11:29 224

Baş redaktor baş naziri boşboğaz adlandırır

XƏBƏRLƏR

"Hraparak" media şirkətlər qrupunun baş redaktoru Armine Ohanyanın bu günkü analitik məqaləsi "Susmaq qızıldır" başlığı ilə yayılıb. O, yazır: "Vaxtilə ölkəmizdə sözçü olmayan rəhbərlərimiz var idi. İndi isə həddindən artıq və tez-tez danışan rəhbərimiz var. Sabiq rəhbərlər aylarla, bəzən illərlə mətbuat konfransı keçirmirdilər, müsahibə vermirdilər, camaat içinə çıxmırdılar. Bir çox suallar cavabsız qalırdı, yaxud mətbuat xidmətləri tərəfindən cavablandırılırdı... İndi isə əksinədir. İndi hamıdan çox və hamının əvəzinə Nikol Paşinyan danışır.... və çoxlu səhvlər buraxır. Fikirləri bir-birini təkzib edir. Onun hər bir açıqlamasından sonra Azərbaycandan və Rusiyadan cavab açıqlamaları gəlir. Onun bütün çıxışları sosial şəbəkələrdə və informasiya vasitələrində günlərlə müzakirə mövzusuna çevrilir."

Baş nazir hətta BMT-də elə çıxışlar edə bilər ki, hamı Ermənistana nifrət edə bilər qənaətində olan baş redaktor onu danışığının məntiqini dərk etməyən boşboğazla eyniləşdirir və məsləhət görüb ki, danışmasın, susqun, axı susmaq özü də bir qızıldır.

Paşinyanın harda və necə danışması, əlbəttə, öz işidir. Amma boşboğazlıq əvəzinə reallığı qəbul edib bölgənin tərəqqisindən danışması və bu istiqamətdə fəaliyyət göstərməsi daha yaxşı olar. Yoxsa, başı siyasi bəladan fiziki bəlaya düşər.

Nəsib Qaramanlı

Oxşar xəbərlər