22.11.2024, 09:16
AZ EN
27.02.2024, 10:17 264

Şagirdlər və valideynlər naziri məhkəməyə veriblər

XƏBƏRLƏR
  • Ermənistan mətbuatına istinadən bir neçə dəfə xəbər paylaşmışıq ki, 7-ci sinfin tarix dərsliyi ilə bağlı sentyabr ayından indiyədək etiraz aksiyaları keçirilir və təhsil, elm, mədəniyyət və idman nazirinin istefası tələb olunur.

"Hraparak"ın bu günkü yayımında isə bildirilir ki, 7-ci sinif şagirdləri və onların valideynləri təhsil nazirinə qarşı inzibati məhkəmədə iddia qaldırıblar. Bu xəbəri onların vəkili Ara Zohrabyan verib və əlavə edib ki, məhkəmədən xahişimiz var: Movses Xorenaçinin yazdığı tarixi S.Hovhannisyanın müəllifi olduğu 7-ci sinif üçün tarix dərsliyində təhrif etməsinlər, təhsil,elm, mədəniyyət və idman nazirliyinin 03.08.2023-cü il tarixli 1342-S/2 saylı əmrini ləğv etsinlər.

Xəbərdə məhkəmənin ilkin istintaqının bu həftənin sonunda aparılacağı bildirilib.

Onu da xatırladaq ki, müxalifət həmin dərsliyin məhz hakimiyyətin göstərişi ilə hazırlandığını dəfələrlə bəyan etsə də sözügedən nazirlik bunu təkzib edib.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR