19.10.2024, 04:48
AZ EN
22.02.2024, 14:50 286

Ermənistana dilənçi payı verilib

XƏBƏRLƏR

"Hraparak" Fransanın Le Fiqaro qəzetinə istinadən xəbər yayıb ki, fevralın 22-də Fransadan Ermənistana növbəti silah-sursat gətirilib. Gecə görmə cihazlarından və 250 km məsafəyə nəzarət edən GM 200 markalı radiolokasiya stansiyasından ibarət olan bu "dilənçi payı" ötən iol Fransa və Ermənistan arasında imzalanmış hərbi əməkdaşlıq barədə sazişə uyğun olaraq göndərilib. Əlavə edilib ki, sazişə əsasən Ermənistanda birgə hərbi təlimlər də keçiriləcəkdir.

Bəs, Rusiya və İran  hansı addımı atacaq? Gözlənilən odur ki, Moskva haylara növbəti qulaqburması verəcək, molla rejimi isə yenə "qırmızı xətt" mözəsini oxuyacaq.

N.Qaramanlı

Oxşar xəbərlər