Məlum qanun layihəsinin müəlliflərindən olan "Vətəndaş müqaviləsi" fraksiyasının üzvü Hayk Sarkisyan “Hraparak"ın müxbiri ilə söhbətində belə qənaətə gəldiyini bildirib. O deyib ki, cari ildə onlarla vətəndaş dövlət büdcəsinə 15 milyon dram ödəyərək orduda xidmət etməmək hüququ əldə edib.
Jurnalistin "deməli, kasıblar həm də varlıların əvəzinə ölməlidir", - replikasına isə deputat "qanunda belədir"- deyə cavab verib.
Xatırladaq ki, ötən ilin sonlarında qəbul edilmiş bu qanun cəmiyyətdə ajiotaj yaratmışdı.
N.Qaramanlı