Amma erməni deputatlar bu dəfə də bir-birini təhqir ediblər. Ən kəskin qarşılıqlı ittiham isə parlamentin sədri Alen Simonyanla "Hayastan" fraksiyasının üzvü, hərbi siyasi cinayətkar qardaşı hazırda Bakıda istintaq təcridxanasında olan Manukyanın arasında olub. Manukyanın partiya yoldaşı Armenuhi Kyureğyan deyib ki, parlamentin sədri FB-da da həyatda olduğu kimi adamların üzünə tüpürür. Simonyan cavab verib ki, o, öz hərəkətinə görə həmişə üzr istəyən adamdır. Geğam Manukyan isə FB-da isə 109, yaxud 112 yaşı olan partiyası kimi (Daşnaksutyun nəzərdə tutulur- N.Q) o qədər səhv buraxır, yalan danışır ki, hamı məsxərəyə qoyur.
Mübahisə getdikcə qızışdığına, səs-küy artdığına görə fasilə elan edilib.
Nəsib