19.10.2024, 20:41
AZ EN
30.01.2024, 11:09 217

Ermənistanda cinayətkarlıq artır

XƏBƏRLƏR

"Hraparak"ın müxbiri Suzan Simonyan ədliyyə naziri Qriqor Minasyanın əmri ilə cəzaçəkmə müəssisələrinin rəislərinin yenidən dəyişdirilməsindən yazaraq “Məhbuslar xəstəxanası"nın,"Armavir", "Sevan", "Artik" həbsxanasının rəisi vəzifələrinin hələ də boş olduğunu, "Məhbuslar xəstəxanası"nın sabiq rəisi Ruben Xalapyanın isə "İrəvan mərkəzi həbsxanası"na təyin edildiyini bildirir. O, daha sonra əlavə edib ki, ümumiyyətlə, sözügedən sahədə ciddi kadr çatışmazlığı vardır. Buna səbəb isə həkimlərin cəza müəssisələrindəki xəstəxanalarda işləmək istəyinin az olmasıdır. Müəllif onu da vurğulayıb ki, ötən il əvvəlki illərlə müqayisədə ölkədə cinayətkarlıq artıb və hazırda həbsxanalarda xarici ölkələrdən gəlmiş cinayətkarlar da çoxluq təşkil edir.

Bir mahnıda deyildiyi kimi, belə ola həmişə!

N.Qaramanlı

Oxşar xəbərlər