23.03.2025, 07:58
AZ EN
06.06.2023, 11:52 315

Sabiq baş nazir xalqını uçuruma səsləyir

XƏBƏRLƏR
  • Ermənistanın sabiq baş naziri Vazgen Manukyan 5 aya yaxın idi ki, siyasi arenada görünmürdü. İyunun 6-da isə onun "Hraparak" media qrupunun paylaşdığı xəbərlər sırasında bəyanatı özünə yer alıb.

Bir çox cümlələri erməni dilinin qrammatik qaydalarına uyğun gəlməyən bu mənasız söz yığımından ibarət bəyanatda sabiq baş nazirin həm də tarix elmindən savadsızlığı aydın görünür. O, deyir ki, "sovet dövründə anklav məsələsi heç bir qanunla təsbit edilməyib. Bunlar yerli idarəetmə orqanlarının razılığı ilə müvəqqəti olaraq Azərbaycana verilib". Bu savadsız və özündən razı erməni dərk etmir ki, Qazaxın həmin 7 kəndi mövcud olanda nə Ermənistan dövləti, nə də Quzey Qafqazda erməni var idi.

O, daha sonra Qarabağdakı separatçı hayların müdafiəsi üçün hər bir erməninin hazır olmasının zəruriliyini və gələcəkdəki müharibədə guya qalib gələcəklərini psixi xəstələrə xas pafosla vurğulayaraq baş nazir Nikol Paşinyanın istefasına nail olunması üçün güc strukturlarının da görməli olacağı işləri "yada salıb". Deyib ki, siz baş naziri qorumağa, onun əmrlərini yerinə yetirməyə deyil, xalqı və dövləti qorumağa and içmisiniz.

Paşinyanın komandasına da "dərs keçən" sabiq baş nazir onlara xitabən sərsəmləyib ki, sizin "arsaxdan xilas olsaq rahat olarıq" sözlərinizə görə gələcək nəsillər üzünüzə tüpürəcək.

Xəstə düşüncəli Vazgen Manukyan bəyanatının sonunda xalqı yenidən vətəndaş itaətsizliyinə səsləyərək deyib ki, "milli faciədən və biabırçılıqdan qorunmaq üçün" ayağa qalxıb hakimiyyətə öz sözünü desin.

Xatırladaq ki, ötən ilki uzunmüddətli aksiyalar zamanı Vazgen Manukyan öncə müxalifətin tərəfdarı olsa da sonra neytral mövqe nümayiş etdirməyə başlamışdı. "Hraparak"ın müxbiri Hayk Gevorkyan isə o vaxt belə bir fikir yazmışdı ki, ona iqtidarda vəzifə vəd edildiyi üçün mövqeyini dəyişib. Görünür, onu elə savadsızlığına görə Paşinyan öz komandasına yaxın buraxmayıb.

N.Qaramanlı

Oxşar xəbərlər