16.04.2025, 13:34
AZ EN
07.01.2024, 15:24 370

Jurnalist qadın S.Sarkisyanın ölkədən qovulmasında israrlıdır

XƏBƏRLƏR

Azərbaycanın bir günlük lokal antiterror əməliyyatları nəticəsində diz çökən və sonra İrəvana qaçan separatçıları, eləcə də Qarabağdan könüllü köçən erməniləri öz ətraflarına toplamaq üçün mümkün variantlara əl atan Serj Sarkisyan və Robert Koçaryan erməni mətbuatının gündəmindən düşmür. ARM NewsHour-un qadın  müxbiri bu günkü yayımda Serj Sarkisyanı aşağılayıcı ifadələrlə tənqid, daha doğrusu, təhqir edib. Deyib ki, o, həmişə lovğalıqla Qarabağın heç vaxt Azərbaycanın tərkibinə qayıtmayacağını bildirirdi. 2016-cı ildə 7 rayonun geri qaytarılmasına razılıq versə də İrəvana qayıdan kimi yenə boğazını dartaraq sözünə əməl etmədi. Azərbaycanla razılaşma yolunu axtarıb tapmaq əvəzinə yeni korrupsiya, talançılıq, oğurluq yolları tapdı və daha da varlandı. Hətta rəsmi yığıncaqlarda - "Mən azəriləri yaxşı tanıyıram, vuruşan deyillər", - deyə xalqı əmin etdi ki, müharibə olmayacaq. Minsk qrupunu da dəfələrlə aldatdı və qeyri-ciddi siyasətçi imici qazandı.

Azərbaycan isə getdikcə gücləndi, xalq öz rəhbərinə onun sözübütövlüyünə inandı və minlərlə erməni gənci Sarkisyan kimilərinin boş xəyallarının qurbanı oldu. "Talançı Serj hətta oğlu müharibədə ölən qonşusuna da bir dəfə də olsun nə baş çəkib, nə də nəsə yardım edib", - deyə Jurnalist onun  mülklərinin və pullarının əlindən alınaraq  ölkədən qovulması təklifinin hələ də qüvvədə olduğunu vurğulayıb.

N.Qaramanlı

Oxşar xəbərlər