16.09.2024, 23:19
AZ EN
12.12.2023, 14:52 253

Erməni fərarilər büdcəyə pul ödəyəcəklər

XƏBƏRLƏR

Ermənistan parlamentinin bu gün keçirilən növbədənkənar iclasında məcburi hərbi xidmət üçün son hədd olan 27 yaşda hərbi xidmətdən bu və ya digər üsullarla yayınanlar üçün fərarilik maddəsi ilə həbs qəti imkan tədbiri ləğv edilib. "Hraparak" bildirib ki, onlar artıq həbs olunmamaq üçün bir il xidmət etməklə büdcəyə 2,5 milyon, 6 ay xidmət etməklə 5 milyon, bir ay xidmət etməklə isə 10 milyon, hərbi xidmət etmək istəməyənlər isə 15 milyon dram ödəyəcəklər. Bununla da onların barəsində aparılan cinayət işlərinə xitam veriləcəkdir. Büdcəyə vəsait ödəməyənlər isə qanunla nəzərdə tutulmuş 2  il müddətinə həqiqi hərbi xidmətdə olacaqlar.

Buradan belə çıxır ki, varlı  ermənilər büdcəyə nəzərdə tutulmuş vəsaiti ödəməklə orduda xidmətdən qanuni olaraq imtina edəcəklər.

Nəsib

Oxşar xəbərlər