19.05.2024, 06:36
AZ EN
18.10.2023, 10:51 265

Ermənistanın sabiq mədəniyyət nazirinin cinayət işi məhkəməyə göndərilib

XƏBƏRLƏR
  • Ermənistanın sabiq mədəniyyət naziri Asmik Poqosyanın cinayət işi məhkəməyə göndərilib.

Bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Məlumata əsasən, 2012-2016-cı illərdə Ermənistanın mədəniyyət naziri olmuş Poqosyan vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət mənafeyinə xələl gətirən hərəkətlərə yol verib.

Poqosyana qarşı cari ilin 27 sentyabr tarixində cinayət işi açılıb. O, Ermənistanın İsraildəki sabiq səfiri Armen Smbatyanın rəhbərlik etdiyi cinayətkar dəstədə yer almaqda və külli miqdarda dövlət vəsaitlərini mənimsəməkdə ittiham edilib, barəsində həbs qətimkan tədbiri seçilib. (APA)

Oxşar xəbərlər