“Azadlıq Radiosu”nun erməni xidməti xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.
Baş Prokurorluqdan bildirilib ki, iki maddə üzrə cinayət işi başlanılıb. Bunlardan biri “hərbi qulluqçuların səhlənkarlığı”, digəri isə “komandirin məcburiyyət olmadan istehkamları, hərbi texnikanı və ya digər döyüş vasitələrini təslim etməsi” maddələridir.
Həmçinin əlavə olunub ki, hazırda iş üzrə təqsirləndirilən şəxslər yoxdur.
Qeyd edək ki, Babayanın 6 oktyabr tarixində verdiyi açıqlamalarda Ermənistan hakimiyyətini qondarma “DQR”in “rəhbərliyini məsuliyyətə cəlb etməyə çağırıb. (APA)