Dünən Ermənistanın hökumət evinin qarşısında keçirilən mitinqin bu gün saat 19-da yenidən başlayacağı barədə məlumatdan sonra baş nazir Nikol Paşinyanın göstərişi ilə sözügedən ərazi polislərin xüsusi nəzarətinə götürülüb. Bu xəbəri yayan "Hraparak" əlavə edib ki, prezident aparatının yerləşdiyi bina da polis nəzarətindədir və mitinqin baş tutmaması üçün müxalifətlə aparılan danışıqların heç bir nəticəsi olmayıb. Xatırladaq ki, revanşçılar baş nazirin istefasını tələb edirlər.
Nəsib