"Ermənistanda siyasi sistem hələ də formalaşmayıb və nə istədiyimizi bilmirik".
“Ölkə.az” xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan “Dövlətin rolu haqqında müasir fikirlər” mövzusunda mühazirəsi zamanı deyib.
Prezident mühazirə zamanı Ermənistanın və digər ölkələrin dövlət idarəçiliyi sistemlərində mövcud inkişaf tendensiyalarına və ümumi reallıqlara toxunub.
O bildirib ki, Ermənistanda siyasi sistem hələ də formalaşmayıb: “Biz də hansı dövləti istədiyimizə qərar verməliyik",-deyə V.Xaçaturyan bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ