24.04.2025, 19:03
AZ EN
15.01.2025, 11:00 194

Ermənistan cəzalandırılacaq

XƏBƏRLƏR
  • Ermənistanın sabiq milli təhlükəsizlik xidmətinin rəhbəri, Paşinyanın sabiq komanda yoldaşı, hazırda revanşçı müxalifətçi Artur Vaneçyan dünən Vaşinqtonda imzalanan ABŞ-Ermənistan hərtərəfli, ilk növbədə hərbi əməkdaşlıq xartiyası barədə fikirlərini açıqlayıb.

O, deyib ki, Kreml 3 nəfər yüksək vəzifəli nümayəndəsi vasitəsilə olaya münasibət bildirib. Onların qənaətinə görə, baş nazir Nikol Paşinyan sözügedən sənədin imzalanması ilə həm Avrasiya, həm də KTMT-dan çıxmağa hazırlaşdığını isbatlayıb. Xarici siyasətdə nöqsanlara  yol verən Ermənistan hakimiyyətini tənqid edən sabiq baş kəşfiyyatçı sonda əminliklə əlavə edib ki, mahiyyət etibarı ilə Ermənistan artıq KTMT-dan çıxmış hesab olunur və bunun cəzasını təkcə iqtidar deyil, ermənilərin hamısı çəkəcəkdir.

N.Qaramanlı

Oxşar xəbərlər