Xocalı qatillərindən olan Seyran Ohanyan Ermənistan parlamentinin bu günkü iclasında Rusiyadan Ağdam Xankəndi yolu ilə separatçılara humanitar yardım göndərilməsi ilə bağlı fikirlərini açıqlayıb. O jurnalistlərə bildirib ki, Rusiya Laçın yolunun daimi açılması üçün səylərini artırmalıdır. Onun sözlərindən belə çıxır ki, həm Rusiya, həm də beynəlxalq təşkilatların haylara borcu var. 21-ci əsrdə də dayaz düşüncə düşünən və reallıqla bir araya sığmayan ifadələr işlədən bu cinayətkarın humanizm və s. dəyərlərdən danışması isə sırf erməni xislətinin bariz örnəyidir.
"Ağdamla yük maşınları keçib. Laçın koridoru da daim açıq olmalıdır", - deyə o, ermənilərin Rusiyanın etibarlı dostu olduqları kimi gülünc fikir də səsləndirib.
Nəsib