22.11.2024, 20:58
AZ EN
22.08.2023, 14:25 206

Belçikalı nazir İrəvandadır

XƏBƏRLƏR

"Hraparak" və digər erməni KİV-ləri günorta xəbər verib ki, Belçika krallığının xarici işlər naziri Haca Labib İrəvanda erməni həmkarı Ararat Mirzoyanla görüşüb.Ararat Mirzoyan Ermənistanla Belçika arasında diplomatik əməkdaşlığın çoxdan davam etməsinə baxmayaraq son 8 ildə Belçika xarici işlər nazirinin İrəvana ilk səfərindən məmnunluğunu bildirib. Baş diplomatlar ikitərəfli və həmçinin Avropa İttifaqının Ermənistanla əməkdaşlığından razı olduğunu vurğulayıblar. Erməni nazir daha sonra Azərbaycanın əleyhinə əsassız ittihamlar irəli sürüb və həyasızcasına deyib ki, guya Azərbaycan 8 aydır ki, Xankəndidə humanitar fəlakət yaradıb.

Belçika naziri ölkəsində 30 mindən çox etnik erməni yaşadığını və özünün təşəbbüsü ilə Ermənistanda Belçika səfirliyinin açılması üçün nazirlər şurası tərəfindən qərar qəbul olunduğunu, qərarın tezliklə yerinə yetiriləcəyini vurğulayıb.

Məlumata görə, belçikalı baş diplomatı Nikol Paşinyan və parlament sədri Alen Simonyan da qəbul edəcək.

N.Qaramanlı

Oxşar xəbərlər