02.08.2025, 05:35
AZ EN
31.07.2023, 12:31 370

Ermənilər Ağdərədə tarixi abidəni saxtalaşdırır – VARDANYAN YENƏ İŞ BAŞINDA

XƏBƏRLƏR
  • Qarabağdakı qondarma rejimin sabiq “dövlət naziri”, 2022-ci ildə biznes qurmaq adı ilə Rusiyadan Xankəndiyə köçən Ruben Vardanyan Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı qanunsuz fəaliyyətlərini davam etdirir. Bu dəfə o, separatçı-terrorçu rejimin yuva saldığı ərazilərin birində - Kəlbəcər rayonun Kolətək kəndi (ermənilər bu yaşayış məntəqəsinin də adını saxtalaşdırıraq “Kolatağ” adlandırır – red.) yaxınlığındakı qədim Azərbaycan-türk tayfalarına aid xristian məbədini saxtalaşdırmaq qərarına gəlib.

“Vətən səsi” xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Həmin məlumatlardan görünür ki, uzun illər Rusiyada biznes fəaliyyəti göstərən, 44 günlük müharibədən sonra isə Moskvanın təlimatı əsasında Qarabağa göndərilən milyarder Kolətəkdəki qədim məbədi “restavrasiya” adı ilə yeni ermənilədirməyə başlayıb. Artıq bununla bağlı hazırlanmış “layihə”ni həyata keçirmək üçün tərəfdarları ilə birlikdə söküntü işlərinə start verib.  Vardanyan “Müqəddəs Akobavank monastrı” adlandırdıqları xristian məbədinin “bərpası”na iyulun 28-də başlandığını qeyd edib.

“Biz Artsaxda çoxlu sayda uzunmüddətli strateji proqramlar həyata keçiririk. Bu, çox vacib işdir. Lakin mənəvi dəyərin qorunmasına və təbliğinə xidmət edən layihələr mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Məhz bu çətin zamanda belə işlər mənəvi dəyərlərimizi qoruyub saxlamağa kömək edir və hər şeyə rəğmən, torpağımızda yaşayacağımıza inamı gücləndirir. Mən söz vermişdim ki, “Müqəddəs Akobavank monastrını da  bərpa edəcəyik. Budur, işə başladıq və biz artıq ətrafı uçmuş daşlardan, kol-kosdan təmizləyirik. Biz burada məktəbi təmir etməyi, yeni evlərn tikməyi, hərbi əməliyyatlar zamanı ərzaq ehtiyatı saxlamaq, habelə uşaqları və qadınları təhlükəsiz ərazilərdə yerləşdirmək üçün sığınacaqlar təşkil etməyi planlaşdırırıq” – deyə, Rusiyanın Qarabağdakı adamı kimi məhurlaşan və bir ilə yaxın separatçı rejimin “dövlət naziri” vəzifəsini tutan Vardanyan özünün “Facebook” səhifəsində yazıb.

Vardanyan kənddə yaşayan ermənilər qarşısında çıxış edərək edərək deyib ki, bu layihə onun Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında biznes fəaliyyətinə başladığı ilk vaxtlarda yerli icmalarla görüşü zamanı monastırın keşişi Ter-Hovannes tərəfindən təklif olunub: “Amma bu layihə təkcə Kolatağı və yaxınlıqdakı kəndlərin sakinlərini deyil, həm də Artsaxın müxtəlif bölgələrindən, Martakertdən, Stepanakertdən olan əhalini  birləşdirdi. Çünki bu layihədə bir neçə nəslin nümayəndələri birlikdə işləyir – gənclər, orta yaşlı adamlar və qocalar. Onların ən kiçiyinin 16-17, ən böyüyünün 83 yaşı var idi. Biz ərazini təmizləməyə və monastırın ətrafındakı bərpa işlərini  başladıq”.

Xatırladaq ki, 1992-ci ilədək Ağdərə rayonuna daxil olmuş Kolatağ (yaxud Kolətək) kəndi hazırda Kəlbəcər rayonunun inzibati ərazisi sayılır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Kolatağ kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilib. Kolatağ kəndi 1993-cü ilin yayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bu yaşayış məntəqəsi də 44 günlük savaşdan sonra – 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli razılaşmaya əsasən, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti nəzarətinə verilmiş zonaya daxildir. Vətən müharibəsi zamanı işğaldan azad edilmiş Şuşa şəhəri və Hadrut qəsəbəsindən qaçan ermənilərin bir qismi bu kənddə yerləşdirilib. Bu ilin fevralından isə həmin ailələr üçün separatçı rejim tərəfindən yeni evlər tikilməyə başlanıb. Erməni separatçılarının maliyyə dəstəkçilərindən birinin - Ayk  Maqakelyanın ayırdığı vəsait hesabına tikilən evlərdən 24-ü iyun ayında Şuşa və Hadrutdan köçmüş erməni ailələrinin istifadəsinə verilib. Hazırda kənddə yeni evlərin tikintisi davam edir.

Azərbaycan qanunlarına tabe olmaq istəməyən erməni separatçıları suveren ərazilərimizdə qanunsuz məskunlaşma apardıqları azmış kimi, tarixi-mədəni abidələrimimiz də saxtalaşdırmaqda, qədim tikililəri sökərək yerində öz çirkin niyyətlərinə uyğun “bərpa və yenidənqurma” işləri aparmaqda davam edirlər.

Elxan SALAHOV

Oxşar xəbərlər