18.04.2025, 09:47
AZ EN
24.07.2023, 13:44 389

Ermənistan prezidenti Vaaqn Xaçaturyan: “Şadam ki, Türkiyə ilə dialoqu bərpa etdik”

XƏBƏRLƏR
  • “Ermənistan qonşu dövlətlərlə balanslı, yaxşı münasibətlərə malik olmaq istəyir və buna görə də hökumət Türkiyə ilə normallaşma yolunu seçib”.

"Oxu.az"ın xəbərinə görə, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində deyib. O bildirib ki, bu qədər ildən sonra Ankara ilə yenidən dialoqa başladığımıza görə çox şadam: "Gələcəyə baxmalı, uşaqlarımıza necə bir region qoymaq istədiyimizi anlamalıyıq. Biz müharibəyə deyil, regional tarazlığa və sülhə çalışmalıyıq", - deyə Xaçaturyan bildirib.

Qeyd edək ki, Ermənistan rəhbəri hazırda İtaliyada işgüzar səfərdədir.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR