20.09.2024, 10:55
AZ EN
04.07.2023, 10:52 179

Separatçıların başçısı Putinə məktub göndərib

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü sayında "Kimi gözləyirik, nəyi gözləyirik?" başlıqlı yazıda Qarabağdakı ermənilərin psevdo lideri Araik Harutyunyanın Rusiyanın prezidenti Vladimir Putinə məktub göndərərək onun təcili tədbirlər görməsini xahiş etdiyi bildirilir.

Separatçıların başçısı yazıb ki, guya Azərbaycan Xankəndi və digər yaşayış məntəqələrini ermənilərdən təmizləmək üçün  müxtəlif üsullardan istifadə edir. Əlavə olunub ki, "arsaxlılar" öz təhlükəsizlikləri üçün Ermənistana deyil, məhz Putinə güvəniblər və indi də güvənirlər.

Qarabağdakı separatçıların bu yaxınlarda yaratdıqları "antiböhran şurasının sədri" Tiqran Petrosyan isə özünün FB hesabında Putinə məktub göndərildiyini təsdiqləyib və yazıb ki, əgər Rusiya gərəkli addım atmasa, susmaq məhvə gətirib çıxaracaq, uşaqların, mənəvi dəyərlərin qorunub saxlanılması üçün böyük partlayış baş verəcəkdir.

N.Qaramanlı

Oxşar xəbərlər